Baş səhifə
Sədr
Sədr müavini
Haqqımızda
Əsasnamə
Komissiyanın tərkibi
Hesabatlar
Lüğətlər
Kitablar
"Terminologiya məsələləri"
Əlaqə
 
Sədr müavini


Sayalı Sadıqova

Sayalı Allahverdi qızı Sadıqova 1960-cı ildə ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin il Elmi Şuranın qərarı ilə Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur.
1986-cı ildə “Azərbaycan ədəbi dilində termin-söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1984-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1997-ci ildə doktoranturanı bitirmiş, 1999-cu ildə “Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir.
S.A.Sadıqova terminologiyanın nəzəri problemlərinə, eləcə də dilçiliyin başqa sahələrinə aid «Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı» (B., «Elm», 1997), «Azərbaycan dilində izahlı fizika-riyaziyyat terminləri lüğəti» (B., «Elm», 1998), «Azərbaycan dili terminologiyasının nəzəri problemləri» (B., «Elm», 2002), «Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı» (B., «Elm», 2005), «Терминологические словосочетания в Азербайджанском литературном языке» (B., «Elm», 2007), “Dilçiliyin nəzəri problemləri” 3 cilddə (B., Elm, 2010-2011), “Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi” (Bakı, “Elm”, 2010), “Azərbaycan dilinin terminologiyası” (Bakı, Elm, 2011) adlı monoqrafiyaların, 200-dən artıq elmi məqalənin müəllifi və Terminologiya Komissiyasının xətti ilə çıxan 50-dən artıq terminoloji lüğətin redaktorudur. Tədqiqatları ümumi dilçilik, terminologiya, ədəbi dil tarixi və s. sahələrlə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü və AMEA Rəyasət Heyəti yanında Terminologiya məsələləri toplusunun redaktorudur.
S.Sadıqovanın elmi rəhbərliyi ilə 9 nəfər filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, 1 nəfər filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.
S.Sadıqova bunlara bərabər Respublikamızda elmi konfranslarda, eləcə də, Türkiyə (İstanbul); Qazaxıstan (Astana); İranda keçirilmiş konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir. 2011-2012-сi illərdə ölkəmizdə və Türkiyədə keçirilən Dil qurultayında nümayəndə heyəti kimi iştirak etmişdir.
S.Sadıqova İnstitutun ictimai həyatında da iştirak etmişdir o, uzun müddət AMEA Rəyasət Heyətinin üzvü olmuşdur. Dəfələrlə Rəyasət Heyəti tərəfindən təşəkkürlər almış və 2 dəfə Fəxri Fərmanla (2005-2010) təltif olunmuşdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində ilk iclasında iştirak edilmiş, və toplantıda türk dillərinin Ortak Terminoloji Kurulun üzvü seçilmişdir.
5 sentyabr 2013-cü ildə Türki Kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri – termin yaradıcılığı prosesi ilə bağlı seminarda iştirak etmişdir.
2000-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavinidir.
50-dən çox elmi, publisist əsərlərinin redaktoru və rəyçisi olmuşdur

 
© Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası. 2015.